Xəbər lenti
18-11-2024, 12:06
 

Seymur Nazarov: Azərbaycanın tarixi Zəfər bayramını bütün Türk dünyası şərəflə, hörmətlə, ehtiramla qeyd edir 0

Tarix: 04-11-2023 00:29     Baxış: 7 000

 Məğrur, qalib Azərbaycan xalqı Zəfər tarixinin üçüncü ildönümünü qeyd edir. Azərbaycan Prezidentinin Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edilməsi Azərbaycan xalqının ən qürurlu, ən fəxarətli tarixinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Zəfər Gününü böyük təntənə ilə qeyd edirlər. Xalqımız Vətən müharibəsində 44 gün ərizində qələbələr qazanaraq, Zəfərə doğru addımladı və tarixi qələbəni əbədiləşdirdi. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə silinməz bir gün yazdı.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti Azərbaycan tarixində yeni səhifəyə çevrildi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Cənab Prezidentin bu ifadələri xalqın tarixinə həkk olundu. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi ATƏT çərçivəsində başlamışdır. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqləmiş oldu. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atdı. Bu münaqişənin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirildi. İllərlə davam edən danışıqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. "Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb", - deyə Azərbaycan Prezidenti bildirib.

Sentyabrın 27-də erməni təcavüzünə cavab olaraq başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir tarix yazdı. İqtidar – Xalq – Ordu birliyi öz bəhrəsini verdi. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlərin reallaşdırılması Zəfərimizi dünyaya əyani olaraq göstərdi. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açmış oldu. Dövlət başçısının "Mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir",- deməsi əbəs yerə deyildi. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində mühüm rol oynayır. Dövlət başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi nəticəsində bu gün əzəli torpaqlarımıza doğma evimizə - Qarabağa yol almışıq. Tarixi ədalət bərpa olundu. Vətən müharibəsi zamanı Prezident İlham Əliyev dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Ermənistan ordusunun vəhşiliyini, barbarlığıni diqqətə çatdırdı. Təcavüzkar ölkəyə havadarlıq edənləri kəskin tənqid edərək, onların iç üzünü açıb bütün dünyaya göstərdi. Haqq yerini tapdı. 44 günlük müharibədə ordumuz qəhrəmanlıq dastanı yaratdı. Qələbəmizin təntənəsi olaraq Zəfər paradı keçirildi. Silahlı Qüvvələrimiz döyüş meydanında əldə etdiyi nailiyyətlər, o cümlədən düşmən tərəfindən ələ keçirilən qənimətlər, zirehli və yüngül texniklar, artilleriya vasitələri və topları bu paradda nümayiş etdirməklə, düşmən ordusuna böyük zərbə vurduğunu göstərmiş oldu. Dövlətimizin başçısının 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq yerinə düşərdi: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

Nəhayət, həmin gün yetişdi və xalq olaraq bu Zəfərimizi yaşadıq. Bütün dünya qalib Azərbaycan Ordusunun Zəfər paradını gördü. Dkabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən "Dəmir yumruq" hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Azərbaycanın tarixi Zəfər bayramını bütün Türk dünyası şərəflə, hörmətlə, ehtiramla qeyd edir. Tarixi keçmişi ilə fəxr etdiyimiz Azərbaycanımız bu gün dünya dövlətləri arasında adı hörmətlə çəkilən və qəhrəmanlıq salnaməsi yazan bir dövlət kimi tanınır. Tarixin bütün sınaqlarından başı uca, üzüağ çıxan Türk dünyasının sağlam budaqlarından olan Azərbaycan yeni şərəfli bir tarix yazdı. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, bizim ölkəmiz üçün yeni dövr başlayır:"Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq".

Seymur Nazarov

Goranboy rayon İcra Hakimiyyəti Başçısının birinci müavini.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar