Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

8 Noyabr - Zəfər Günü ilə əlaqədar "Zəfər yarışı" adlı hərbi-idman yarışı keçirilib - FOTO 0

Tarix: 03-11-2023 19:35     Baxış: 5 341


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar "Zəfər yarışı" adlı hərbi-idman yarışı keçirilib.

 

Mubarizciler.az xəbər verir ki, Yarışda Gəncə, Naftalan şəhər, Göygöl, Samux, Daşkəsən və Goranboy rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar müxtəlif maneələri müəyyənləşdirilmiş müddət ərzində keçməli olublar.

 

"Zəfər yarışı" adlı hərbi-idman yarışında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev, məktəb direktorları, şagirdlər və müəllimlər iştirak ediblər.

 

Ümumillikdə  8 komandanın iştirak etdiyi hərbi-idman yarışında I yerə Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin, II yerə Köşkü kənd tam orta məktəbin, III yerə isə Naftalan şəhər 1 nömrəli tam orta məktəbin komandası layiq görülüb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar