Xəbər lenti
8-05-2026, 14:49
 

Milli Qəhrəmanın məzarı 31 ildən sonra ziyarət olunub - FOTO 0

Tarix: 03-11-2023 00:03     Baxış: 5 075


Milli Qəhrəman Faiq Rəfiyevin məzarı 31 ildən sonra ailə üzvləri tərəfindən ziyarət olunub.

1955-ci il fevral ayının 22-də Füzuli rayonunun Saracıq kəndində anadan olan F.Rəfiyev Rusiyada hərbi xidmətdən tərxis olunduqdan sonra Arxangelsk vilayətində polis sistemində çalışmağa başlayıb.

Ardından leytenant rütbəsi alaraq sahə müvəkkili kimi fəaliyyətini davam etdirib.

Qanlı yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili təyin olunub.

Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən F.Rəfiyev xüsusilə Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərib.

9 yanvar 1992-ci ildə Köçbəy kəndinin erməni silahlılarından təmizlənməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

Qeyd edək ki, Faiq Rəfiyev doğulduğu Saracıq kəndində dəfn olunub.

Ölümündən sonra isə “Milli Qəhrəman” adına layiq görülüb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar