Xəbər lenti
18-11-2024, 12:06
 

Qusar polisi məktəblilərin qonağı olub - FOTO 0

Tarix: 02-11-2023 19:32     Baxış: 4 886


Qusar Rayon Polis Şöbəsinin təşəbbüsü ilə rayonun 1 saylı tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir”, eləcə də “Erkən nikah və onun fəsadları” mövzularında tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şagirdlərlə görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev narkomaniyanın cəmiyyət üçün böyük bəlaya çevrildiyini bildirib, bu problemə qarşı hüquq-mühafizə orqanlarının apardığı mübarizə tədbirlərindən danışıb, bu yöndə gənclərin maariflənməsinin vacibliyini vurğulayıb. O, yeniyetmə və gənclərimizə təhsil almalarını, idmanla məşğul olmalarını, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrini və cəmiyyətdə sağlam fərdə çevrilmələrini tövsiyə edib.

A.Əfəndiyev erkən nikahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. O qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar