Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Astarada "Təmiz hava" aylığı ilə bağlı tədbirlər keçirilib - FOTO 0

Tarix: 31-10-2023 00:23     Baxış: 6 041


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması məqsədilə Astarada "Təmiz hava aylığı" ilə bağlı tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə  keçirdikləri tədbirlər zamanı atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması məqsədilə saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb.

 Sürücülərin diqqətinə çatdırılıb ki, avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.

Bundan əlavə, profilaktik tədbirlər zamanı aşkarlanan digər qayda pozuntuları ilə bağlı dövlət yol polisi əməkdaşları tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar