Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

“Məktəb psixoloqunun sağlam psixoloji mühitin formalaşmasında rolu” mövzusunda konfrans keçirilib - FOTO 0

Tarix: 30-10-2023 20:55     Baxış: 6 125

10 oktyabr 2023-cü il tarixdə  Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan məktəb psixoloqlarının iştirakı ilə “Məktəb psixoloqunun sağlam psixoloji mühitin formalaşmasında rolu” mövzusunda konfrans keçirilib. 

 Qeyd olunan mövzu üzrə psixoloji maarifləndirmə işləri çərçivəsində  ibtidai siniflərdə dərs deyən müəllim və şagirdlərin valideynləri ilə keçirilən silsilə tədbirlərimiz  23 oktyabr 2023-cü il tarixdə yekunlaşdı. 

Goranboy şəhər 2saylı tam orta məktəbində 

"UŞAQLARDA 5-10 YAŞ DÖVRÜNDƏ ÖYRƏNMƏ PROSESİNDƏ AILƏNIN ROLU " mövzusunda məktəbin psixoloqu AMALYA HƏSƏNOVANIN təşkil etdiyi tədbirlərdə sinif müəllimləri ilə yanaşı məktəbin direktoru İLHAMƏ  QASIMOVA,  

direktor müavinləri  KÖNÜL MƏMMƏDOVA,   AYGÜN ORUCOVA da iştirak edərək valideynlərlə fikirlərini bölüşdülər. 

 Mubarizciler.az-ın məlumatına görə, Tədbirlərdə  məktəb və ailədə təlim-tərbiyə prosesinin vəhdət formada həyata keçirilməsində  valideyn-müəllim əməkdaşlığın vacibliyi, effektiv üsulları  müzakirə edildi. Bu məqsədlə valideynlərlə təşkil edilən  valideyn iclaslarının, dəyirmi masaların,  valideyn günlərinin,  valideyn təlimlərinin, sinif və məktəb səviyyəsində konfransların, fərdi konsultasiyaların, qrup müzakirələrinin, ev ziyarətlərinin vacibliyindən ve keyfiyyətindən bəhs edildi.  Məktəb ve ailə əməkdaşlığını sıx və ardıcıllıqla təmin edərək gələcəyimiz olan uşaqları dərindən tanıya və hər bir şagirdin potensial imkanlarina bələd  ola bilər, onlari cəmiyyətə yararlı, saglam, özgüvənli bir şəxsiyyət kimi yetişdirə bilərik.

Gələcəyin intellektual,  vətənpərvər gəncliyinin təməlinin qoyulması  zamanı her bir valideyn düzgün yol götürməli, lazım gəldikdə peşəkarlardan məsləhət almalı, öyrənmə prosesinin vacib halqası kimi məsuliyyətinin fərqində olmalidir. 

Hər bir pedaqoq  çətin və səbr tələb edən bu işdə həmişə valideynlərin ve məktəb rəhbərliyinin dəstəyini hiss etməli,  öz bilik, bacarıq və təcrübəsini  əsirgəməməlidir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar