Xəbər lenti

Gəncədə " Türkiyə Cümhuriyyətinin yaranması" mövzusunda tarix dərsi keçirilib - FOTO 0

Tarix: 30-10-2023 14:56     Baxış: 6 615


Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Türkiyə Cümhuriyyətinin yaranması" mövzusunda tarix dərsi keçirilib.

 

Mubarizciler.az-ın məlumatına görə, Tarix dərsində Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, müəllim və şagirdlər iştirak ediblər.

 

Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlanan açıq dərsdə Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə İbrahimova Türkiyədə  Mustafa Kamal Atatürkün başçılığı ilə milli azadlıq hərəkatı, Türkiyə Cümhuriyyətinin yaranmasında Mustafa Kamal Atatürkün rolu, Azərbaycan - Türkiyə əlaqələri müasir dövrdə mövzularında təqdimatlarla çıxış edib.

 

Tədbirin davamında şagirdlər Atatürkün Türk gəncliyinə Xitabını ifa edib və digər musiqili kompozisiyalarla çıxış ediblər.  Sonda aktiv şagirdlərə Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Recep Öztop tərəfindən hədiyyələr təqdim edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar