Xəbər lenti
2-09-2026, 15:00
 

Zəfər paradı Xankəndidə olacaq - Hazırlıq gedir! 0

Tarix: 30-10-2023 00:37     Baxış: 6 671

Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini - Zəfər Gününü qeyd edəcək.

Mubarizciler.az “Musavat.com”a istinadən xəbər verir ki, Zəfər Günü bu dəfə Xankəndi şəhərində keçiriləcək.

Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində olacaq. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir.

Ermənilərin paradı

Qeyd edək ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi paradı keçirmişdi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar