Goranboy rayon Qazanbulaq qəsəbəsində astar və üzlük gips məmulatları zavodu inşa edilir - FOTO 0
Qazanbulaq qəsəbəsində astar və üzlük gips məmulatları zavodu inşa edilir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, Qazanbulaq qəsəbəsində inşa edilən, “Konstralab İndustries” QSC-nə məxsus astar və üzlük gips məmulatları zavodunun tikinti işləri ilə yerində tanış oldu. İcra Başçısı burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşdü, zavodun tikintisi, istehsal gücü, yaranacaq yeni iş yerləri və gələcək fəaliyyət istiqamətləri ilə bağlı, müzakirələr apardı, bu məqsədlə müvafiq tövsiyyələrini bildirdi.
Mubarizciler.az-ın məlumatına görə, Zavodun inşası, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi əsasında həyata keçirilir.
Beləki, layihənin əsas maliyyə investoru İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondudur və əlavə olaraq özəl investisiyanın cəlb olunması ilə zavodun inşasına, ümumilikdə 15 milyon manat vəsait nəzərdə tutulmuşdur. Zavodun tikinti işlərində, hazırda 100 nəfərdən çox işçi qüvvəsi çalışır və fəaliyyətə başladıqdan sonra, burada 150 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Zavodun istehsal məhsulları, daxili bazarla yanaşı, xarici bazarlara da ixrac olunacaqdır.
Xəbəri paylaş