Xəbər lenti
18-11-2024, 12:06
 

İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib - YENİLƏNİB 0

Tarix: 26-10-2023 18:10     Baxış: 6 377


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Süheyl bin Məhəmməd Əl-Məzrui, investisiya naziri Məhəmməd Həssən Əl-Suveydi, Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əli Əl-Sayeğ, Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi daxildir.

Prezident İlham Əliyev, ilk növbədə, qonaqlara Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak etdiklərinə görə minnətdarlığını bildirərək, bunu dostluq əlaqələrimizin və böyük hörmətin nümunəsi kimi dəyərləndirib. Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin dörd nazirinin tədbirdə iştirakına görə bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana minnətdarlığını çatdırmağı xahiş etdi.

Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsini tarixi hadisə kimi qiymətləndirən Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bir çox digər sahələri də əhatə etdiyini vurğulayıb.

Prezident İlham Əliyev bugünkü görüşün əməkdaşlığımızın hazırkı vəziyyətinin və perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib və gündəlikdə duran birgə layihələrin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib.

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, ilk növbədə, ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyə görə nümayəndə heyətinin adından dövlətimizin başçısına minnətdarlığını ifadə edib. O bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin ali rəhbərliyi qüdrətli ölkə olan Azərbaycanla həmişə strateji tərəfdaşlığın önəmini qeyd edir.

Sultan Əhməd Əl-Cabir vurğulayıb ki, Azərbaycan qısa müddət ərzində qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində ciddi uğurlara nail olub. O, ölkələrimiz arasında mövcud olan əlaqələrin uzunmüddətli tərəfdaşlığa xidmət etməsinə əminliyini bildirib, eyni zamanda, vurğulayıb ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığın və strateji tərəfdaşlığın yeni nümunəsinin yaradılması işinə sadiqlik nümayiş etdirir.

15:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Süheyl bin Məhəmməd Əl-Məzrui, investisiya naziri Məhəmməd Həssən Əl-Suveydi, Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əli Əl-Sayeğ, Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi daxildir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar