Xəbər lenti
14-09-2024, 21:36
 

İmişlidə şəhid Quliyev Əli Tədbir oğlunun xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO 0

Tarix: 26-10-2023 17:59     Baxış: 7 371

 Bu gün İmişli Rayon Mədəniyyət Mərkəzində qəhrəman şəhidimiz, İmişli rayonunun Otuziki kəndindən olan gizir Quliyev Əli Tədbir oğlunun xatirəsinə həsr olunmuş “Sədaqətim şərəfimdir” adlı ədəbi-bədii tədbir keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Tədbir başlamamışdan öncə Mədəniyyət işçilərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib. Tədbirdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. 

Tədbir dövlət himninin səsləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad olunması başlayıb. 

 Tədbiri giriş sözü ilə açan icra başçısı XTQ-nin giziri Əli Quliyevin keçdiyi şərəfli ömür yolundan danışıb. Bildirib ki, Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər, filmlər, əsərlər və onların adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımlar şəhidərimizin ruhuna, onların doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın aydın ifadəsidir.


 Sonra şəhid Ə.Quliyevə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirin gedişatında çıxış edən şəhidimizin valideyinləri Tədbir kişi və Almaz ana övladları barədə xatirələrini bölüşərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. Sonda Mədəniyyət işçilərinin ifalarında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib və vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar