Xəbər lenti

İcra Başçısı Xaldan kəndində sakinlərin müraciətlərini dinlədi - FOTO 0

Tarix: 25-10-2023 21:01     Baxış: 6 209


Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu rayonun Xaldan kəndində keçirib. Xaldan kənd kompleks tam orta məktəbinin akt zalında keçirilən qəbulda ŞİH Başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Mubarizciler.az-ın məlumatına görə, Qəbulda sakinlər onları narahat edən müxtəlif məzmunlu məsələlərlə bağlı müraciətlər etdilər.Müraciətlərin bir qismi yerində həll olundu, Şəhər İcra Hakimiyyətinin  səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata götürüldü. 

Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar