Xəbər lenti
14-09-2024, 21:36
 

Şəmkirdə “Heydər Əliyev və təhsil” adlı elmi-praktik konfrans keçirilib - FOTO 0

Tarix: 25-10-2023 20:55     Baxış: 6 209

Şəmkir rayonunda “Heydər Əliyev ili”nə həsr olunan “Heydər Əliyev və təhsil” adlı elmi-praktik konfrans keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərə baxış keçirilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi konfransda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Elmi-praktik konfransda çıxış edən RİH başçısı Rəşad Tağıyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib.

İcra başçısı bildirib ki, bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycanda müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi deməyə əsas verir ki, ölkəmizdə bu məsələ ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir.

Ulu öndər Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafında olan misilsiz xidmətlərindən danışan Rəşad Tağıyev uğurlu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.

Elmi-praktik konfransda çıxış edənlər Ümummilli Liderin təhsil sahəsində tarixi xidmətlərinə nəzər salıb, Ulu öndərin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişafına olan diqqətindən danışıblar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar