Xəbər lenti
14-09-2024, 21:36
 

Samir Qocayev Qızılhacılı ərazi partiya təşkilatında partiya üzvləri və fəalları ilə görüş keçirdi - FOTO 0

Tarix: 25-10-2023 13:13     Baxış: 6 622

YAP Goranboy rayon təşkilatının sədri Qızılhacılı ərazi partiya təşkilatında partiya üzvləri və fəalları ilə görüş keçirdi.

 YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasətdən, partiyanın VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə ətraflı məlumat verdi. Bildirdi ki, dövlət başçısı, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə davamlı və məqsədyönlü islahatlar həyata keçirilir. Bu islahatların nəticəsində dövlətimizin qüdrəti daha da möhkəmlənir, xalqımızın rifah halı daha da yüksəlir. Aparılan uğurlu xarici siyasət sayəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, eyni zamanda, Qarabağda uğurla başa çatdırılan lokal xarakterli antiterror tədbirləri cənab İlham Əliyevin mahir sərkərdəlik qabiliyyəti, rəşadətli Ordumuzun şücaəti sayəsində mümkün olmuşdur. Cənab Prezident  İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan irəliləyiş və tərəqqi yolunda möhtəşəm nəticələr əldə edib. Samir Qocayev qeyd etdi ki, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, möhkəmlənən mövqeyi, siyasi və iqtisadi müstəqilliyimiz, şanlı hərbi və diplomatik qələbəmiz Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanın mükəmməl siyasi kursunun nəticəsidir. Bunun sayəsində Azərbaycan bu gün Cənubi Qafqaz regionunun lider dövlətidir, eyni zamanda etibarlı tərəfdaş olmaqla beynəlxalq layihələrin reallaşmasına mühüm töhfələr verir.

    Sonra partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müzakirələr aparılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar