İcra başçısının növbəti səyyar görüşü rayonun Məzrəli, Çaxırlı və Xubyarlı kənd sakinləri ilə keçirilib - FOTO 0
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar görüşünü rayonun Məzrəli, Çaxırlı və Xubyarlı kənd sakinləri ilə keçirib. Görüşdə RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Mubarizciler.az xəbər verir ki, Gürüş başlamamışdan əvvəl canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən icra başçısı yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və operativ həlli üçün bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar qəbulların davamlı olacağını bildirib. O, həmçinin ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu vurğulayıb. Daha sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlərin və problemlərinin həlli yolu araşdırılıb.Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.
Xəbəri paylaş