Xəbər lenti
14-09-2024, 21:36
 

Samir Qocayev Yeniyol ərazi partiya təşkilatında partiya üzvləri və fəalları ilə görüş keçirdi - FOTO 0

Tarix: 24-10-2023 15:38     Baxış: 6 475

YAP Goranboy rayon təşkilatının sədri Yeniyol ərazi partiya təşkilatında partiya üzvləri və fəalları ilə görüş keçirdi.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verdi. Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin son 20 ildə gördüyü işlərdən, 44 günlük Vətən Müharibəsində qazanılan şanlı tarixi Zəfərimizdən, 15 oktyabr tarixində Xankəndində ölkəmizin üçrəngli Dövlət Bayrağını ucaltmasından və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasından söhbət açıldı. Eyni zamanda Yeni Azərbaycan Partiyasının VII qurultayından sonraki dövrdə partiyada aparılan islahatlar, görülən müsbət işlər barədə də görüş iştirakçılarına məlumat verildi.

Mubarizciler.az xəbər verir ki, Görüş iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Sonra partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məslələrlə bağlı müzakirələr aparılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar