Şəhid ailəsinə mənzil təqdim edilib - FOTO 0
Ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakı şəhərinin bir sıra qəsəbələrində mənzillər təqdim edildi.
Mubarizciler.az-ın məlumatına görə, Mənzil alanlar sırasında Vətən Müharibəsinin Goranboy rayon şəhidi mayor Əlövsət Məmmədovun ailəsi də Bakı şəhəri Sabunçu rayonunda mənzillə təmin olundu.
Şəhid ailəsi olaraq ilk öncə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarıq. 44 Günlük Vətən müharibəsindən bu günə qədər hər zaman bizlərə diqqət və qayğı göstərən rayon Goranboy Rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevə, icra aparatının bütün əməkdaşlarına, mənzillə təmin olunmağımızda bizə dəstək olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Quliyevə, icra aparatının bütün əməkdaşlarına, hüquqşünas cənab Teymur Əzizova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə, Sosial Xidmətlər Agentliyinə, tədbirdə mənzillərin sənədlərini təqdim edən Sosial Xidmətlər Agentliyinin sədr müavini cənab Zaur İbrahimova və mənzil təminatında əməyi və əziyyəti keçən hər kəsə öz təşəkkürümüzü bildiririk.
Allah dövlətimizi və dövlətçiliyimizi daim var eləsin.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də tezliklə şəfa versin.
Xəbəri paylaş