Xəbər lenti
14-09-2024, 21:36
 

İmişlidə Vətən müharibəsi şəhidi Şöhrət Cabbarovun 3-cü ildönümü qeyd olunub - FOTO 0

Tarix: 23-10-2023 17:05     Baxış: 6 349

 Oktyabrın 23-ü Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri, İmişli rayonunun Ölcələr kəndindən olan Cabbarov Şöhrət Əli oğlunun şəhadətindən 3 il ötür.

Mubarizciler.az xəbər verir ki,  bu münasibətlə şəhidimizin ailəsinin yaşadığı ata ocağında ildönümü mərasimi keçirilib.

Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı 44 günlük Vətən müharibəsindən söz açan icra başçsısı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbədən, şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən bəhs edib. Həmçinin şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, valideynlərinə dərin hüznlə başsağlığı verilib. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.

Babək Hüseynov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar