Xəbər lenti

Samir Qocayev Xanqərvənd ərazi partiya təşkilatında partiya üzvləri və fəalları ilə görüş keçirdi - FOTO 0

Tarix: 23-10-2023 12:41     Baxış: 5 544

YAP Goranboy rayon təşkilatının sədri Xanqərvənd ərazi partiya təşkilatında partiya üzvləri və fəalları ilə görüş keçirdi.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən,Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasətdən, Partiyanın VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə ətraflı məlumat verdi.Xalqımızın daim dövlət başçısının ətrafında sıx birləşdiyini vurğulayıb. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Qeyd edilib ki, məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.Tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun sayəsində mümkün oldu. 

Mubarizciler.az-ın məlumatına görə, Görüşdə iştirak edən partiya fəalları çıxış edərək ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edərək bildirdilər ki, Azərbaycanı qorumaq, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olması üçün hər bir vətəndaş əlindən gələni əsirgəməməlidir.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev partiya fəallarının müraciətlərini bir-bir dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar