Xəbər lenti
18-11-2024, 12:06
 

Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın anım günüdür 0

Tarix: 23-10-2023 00:41     Baxış: 5 005

Bu gün 44 günlük Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın şəhadətə ucalmasından üç il ötür.

Mubarizciler.az xəbər verir ki, Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub.

Arəstənin atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.

Şəhidimiz 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsilini davam etdirib.

2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 2020-ci il 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Arəstə Baxışova ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.

Arəstənin 12 yaşında Mərdan adlı oğlu və 11 yaşında Zəhra adında qızı Vətənə əmanət qalıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar