İcra başçısı 102 yaşlı rayon sakininə baş çəkib - FOTO 0
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı 102 yaşlı rayon sakini Həsənova Peykar Məmməd qızına baş çəkib.
Mubarizciler.az xəbər verir ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ağdam rayon Dördyol-1 məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon Xallanlı kənd sakini, 102 yaşlı Həsənova Peykar Məmməd qızına baş çəkib. Rayon rəhbəri görüşdə Peykar nənəni təbrik edib, vurğulayıb ki, artıq doğma Kəlbəcərimiz, eləcədə Qarabağımız Müzəffər Ali Baş Komandan və onun rəşadətli ordusu tərəfindən azad edilib, Kəlbəcərimizin yenidən qurulduğunu bildirərək, onun Kəlbəcərdə yaşayıb, gənclərimizə tövsiyə verməsini arzulayıb.
Peykar Həsənova uzunömürlülüyün sirrlərindən danışıb, Kəlbəcərlə bağlı keçmiş xatirələrini bölüşüb, ahıl yaşda Kəlbəcərin, Qarabağımızın azad olunması sevinci yaşadığına görə dövlətimizin başçısı, prezident cənab İlham Əliyevə öz minnətdarlığını bildirərək ağbirçək dualarını edib.
Görüş zamanı Peykar Həsənovanın səhhəti ilə maraqlanılıb, qayğıları, problemləri dinlənilib.
Xəbəri paylaş