Xəbər lenti
14-09-2024, 21:36
 

Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb - FOTO 0

Tarix: 20-10-2023 20:43     Baxış: 4 599


Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndindən olan şəhid Cəfərov Elyəddin Zöhrab oğlunun üçüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağsaqqallar Şurasının sədri və şəhidin ailə üzvləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı çıxış edərək dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutduğunu, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.

Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətən xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar