Gəncədə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" adlı tədbir keçirilib - FOTO 0
Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə ilə əlaqədar "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" adlı tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Göygöl Rayon İcra Hakimiyyətinin Başçısının müavini Arzu Qocayev, respublikamızda fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin yaradıcılıq kollektivləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin Başçısının müavini Arzu Qocayev anadan olmasının 100-cü ildönümü qeyd edilən dahi rəhbərə olan ümumxalq sevgisindən söz açıb. Bildirib ki, illər ötdükcə daha da artan bu sevginin bünövrəsində ölkəsinin, millətinin xoşbəxtliyinə, firavanlığına həsr olunmuş bir ömür dayanır.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev öz çıxışında xalqının Ümummilli Liderinə olan məhəbbətini həm də bu gün bizlərə ərmağan edilən müasir, müstəqil Azərbaycanın memarına olan ehtiram kimi səciyyəndirib.
Tədbirin davamında Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvü olan şagirdlər müxtəlif musiqi nömrələri ifa edib, kompozisiyalar nümayiş etdiriblər.
Xəbəri paylaş