Xəbər lenti

"Təhsil ailəmizə xoş gəlmişsiniz" adlı tədbir keçirilib - FOTO 0

Tarix: 20-10-2023 14:49     Baxış: 4 578


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə müddətsiz əsaslarla ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinə təyin olunan müəllimlərin iştirakı ilə tədbir keçirilib.  

Mubarizciler.az-ın məlumatına görə, Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, GDRTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinə 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə müddətsiz əsaslarla ümumtəhsil məktəb və məktəbəqədər təhsil müəssisələrinə təyin olunan müəllimlər iştirak ediblər. 

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə idarə müdiri Anar Qədiməliyev çıxış edərək yeni işə təyin olunan müəllimlərin adaptasiya prosesi barədə danışıb. Müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb. 

Tədbirdə idarənin sektor müdirləri tərəfindən fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. 

Tədbirin davamında müəllimləri maraqlandıran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar