Xəbər lenti
14-09-2024, 21:36
 

Samir Qocayev Səfikürd ərazi partiya təşkilatında partiya üzvləri və fəalları ilə görüş keçirdi - FOTO 0

Tarix: 20-10-2023 14:45     Baxış: 4 522

YAP Goranboy rayon təşkilatının sədri Səfikürd ərazi partiya təşkilatında partiya üzvləri və fəalları ilə görüş keçirdi.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışdı və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verdi. Görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlardan, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən və 2023-cü il 15 oktyabr tarixində Prezident İlham Əliyevin Xankəndində Azərbaycan bayrağını ucalmasının qürurverici anlarından danışılmış, Qarabağda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərindən söhbət açılmışdır.

Görüş iştirakçıları göstərilən diqqətə və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıq hissini ifadə edərək, vurğulayıblar ki, Möhtərəm Prezidentimizin apardığı siyasət daim xalqımız tərəfindən dəstəklənir.

Mubarizciler.az xəbər verir ki, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev partiya fəallarının müraciətlərini bir-bir dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar