Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda “Zəfərə aparan yol” movzusunda konfrans keçirildi - FOTO 0

Tarix: 19-10-2023 18:22     Baxış: 3 535


2023-cü il-Heydər Əliyev ili” ilə bağlı  silsilə ümumrayon tədbirləri  çərçivəsində, Goranboy rayonu Heydər Əliyev Mərkəzində,  “Zəfərə gedən yol”  movzusunda konfrans keçirildi. 

Mubarizciler.az xəbər verir ki, Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, bir qrup şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin fəalları iştirak etdilər.

Tədbir iştirakçıları öncə Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Tədbirdə geniş məzmunlu çıxış edən İcra Başçısı,  1993-cü ildə xalqımızın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızı bəlalardan xilas etdiyini, müasir dövlətçiliyimizin və bugünkü inkişafımızın əsasını qoyduğunu, Ümumilli Liderin siyasi varisi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son 20 il,  2003-2023-cü illər ərzində apardığı məqsədyönlü və uğurlu hərtərəfli siyasəti və qətiyyəti nəticəsində  bu gün Azərbaycan dövlətinin regionun lider ölkəsinə çevrildiyini bildirdi. Məhərrəm Quliyev xüsusi ilə qeyd etdi ki, məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 2020-2023-cü illər ərzində, Rəşadətli Ordumuz tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü, süverenliyi tam təmin edildi. İndi artıq hər qarış torpağımızda Şanlı Dövlət Bayrağımız dalğalanır. Cənab Prezidentin həyata keçirdiyi böyük layihələrin əməli nəticəsidir ki, bu gün Azərbaycan regionda sülhü və Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevrilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar