Xəbər lenti

Bakıda sürücüyə kömək edən şəxs Baş DYP İdarəsinə çağırıldı - VİDEO 0

Tarix: 19-10-2023 11:59     Baxış: 3 290

Bir neçə gün əvvəl müxtəlif media subyektlərində, eləcə də sosial şəbəkə seqmentlərində paytaxtın Heydər Əliyev prospektində BMW markalı, 99-XX-529 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əfqan Mirzəli oğlu Vələdovun digər sürücüyə köməklik etməsi ilə bağlı videogörüntü yayımlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar sürücü Ə.Vələdov Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev tərəfindən dəvət olunub və etdiyi əmələ görə ona təşəkkür edilib.

Bununla yanaşı Ə.Vələdovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilib və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar