Samir Qocayev Tatarlı ərazi partiya təşkilatında partiya üzvləri və fəalları ilə görüş keçirdi - FOTO 0
YAP Goranboy rayon təşkilatının sədri Tatarlı ərazi partiya təşkilatında partiya üzvləri və fəalları ilə görüş keçirdi.
YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirir. Bu gün onun rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edir. Respublikamızda bütün sahələrdə əldə olunan tərəqqi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır. Aparılan uğurlu xarici siyasət sayəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, eyni zamanda, Qarabağda uğurla başa çatdırılan lokal xarakterli antiterror tədbirləri cənab İlham Əliyevin mahir sərkərdəlik qabiliyyəti, rəşadətli Ordumuzun şücaəti sayəsində mümkün olmuşdur. Cənab Preident İlham Əliyevin uzaqgörən və quruculuq siyasəti sayəsində Azərbaycan irəliləyiş və tərəqqi yolunda möhtəşəm nəticələr əldə edib.Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, möhkəmlənən mövqeyi, siyasi və iqtisadi müstəqilliyimiz, şanlı hərbi və diplomatik qələbəmiz Möhtərəm Prezident, cənab Ali Baş Komandanın mükəmməl siyasi kursunun nəticəsidir. Bunun sayəsində Azərbaycan bu gün Cənubi Qafqaz regionunun lider dövlətidir, eyni zamanda etibarlı tərəfdaş olmaqla beynəlxalq layihələrin reallaşmasına mühüm töhfələr verir.
Sonra partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məslələrlə bağlı müzakirələr aparılıb.
Mubarizciler.az xəbər verir ki, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev partiya fəallarının müraciətlərini bir-bir dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirdi.
Xəbəri paylaş