İmişlidə dəyirmi masa keçirildi - Fotolar 0
Ötən gün İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib.
Mubarizciler.az xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin inzibati binasının foyesindəki ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, ulu öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Mərkəzdə davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər dünya azərbaycanlılarının müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini hər zaman böyük ehtiramla yad etdiklərini vurğulayıblar. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi dövründə dahi şəxsiyyətin xilaskarlıq missiyası, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlərinin xüsusi minnətdarlıqla xatırlandığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, həmçinin onun ən şərəfli tarixini yaratmağa nail olmuş Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, ölməz ideyaları və inkişaf kursu onun vəfatından sonra da yaşayır, Prezident İlham Əliyev uğurla davam etdirilir. Bu bir reallıqdır ki, son bir neçə əsrdə Azərbaycan tarixində İlham Əliyev kimi Sərkərdə, Müzəffər Komandan olmayıb. Prezident İlham Əliyev bu baxımdan bənzərsiz rəhbər, əvəzsiz dövlət başçısı, layiqli davamçı, ata vəsiyyətini yerinə yetirməyi bacaran xoşbəxt övladdır.
Xəbəri paylaş