Xəbər lenti
18-11-2024, 12:06
 

YAP Goranboy rayon təşkilatında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar konfrans keçirilib - FOTO 0

Tarix: 18-10-2023 18:45     Baxış: 2 744


Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının və Goranboy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının akt zalında partiya fəalları, idarə, müəssisə rəhbərləri, Vətən müharibəsi qaziləri və rayon ağsaqqallarının iştirakı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konfrans keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbir, Ümumilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı.

Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva çıxış edərək 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdi. SSRİ-nin süqutu dövründə, yəni 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlandı. Mirvari  Ağamalıyeva Ulu Öndər Heydər Əliyevin xalqın istəyi ilə Azərbaycanda hakimiyyətə qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmət göstərməsindən ətraflı bəhs edib.

Sonra YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadığını və müstəqilliyimizin 1991-ci ilin 18 oktyabr tarixində bərpa edildiyini bildirib. Müstəqilliyin ilk illərinin gənc suveren bir ölkə üçün asan olmadığını və Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini, digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu xatırladıb. O, həmin çətin dövrdə Azərbaycan xalqının tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdığını diqqətə çatdırıb. Samir Qocayev Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdığını və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığını vurğulayaraq, Ulu Öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov, Şəhid anası Nailə Məmmədova, Vətən Müharibəsi iştirakçısı Elgün İsmayılov,Rayon Çernobil Əlillər Cəmiyyətinin sədri Namiq  Məmmədov Azərbaycanın müstəqil dövlət kimi qazandığı nailiyyətlərdən bəhs ediblər.

Sonda tədbir iştirakçıları xatirə fotoşəkli çəkdiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar