Xəbər lenti

Şəmkirdə antiterror əməliyyatı zamanı yaralanan hərbçilərimiz evlərində ziyarət edilib - FOTO 0

Tarix: 17-10-2023 21:02     Baxış: 2 534


Şəmkir Rayon İcra Hakaimiyyətinin rəhbər heyəti 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı yaralanan hərbçilərimizi evlərində ziyarət ediblər.

Görüşlər zamanı onların müalicəsi, gündəlik qayğı və problemləri ilə maraqlanılıb, hərbçilərimizi narahat edən məsələlər qeydiyyata alınaraq həlli üçün tədbirlər müəyyənləşdirilib. 

Mubarizciler.az xəbər verir ki, Yaralı hərbçilərimizin ailələri ilə söhbətdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan Şanlı Qələbədən, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb.

Eyni zamanda bildirilib ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.

Hərbçilərimizin ailə üzvləri də qəhrəman övladlarının keçdiyi şərəfli döyüş yolundan söz açıb, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar