Xəbər lenti
14-09-2024, 21:36
 

“Dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz” 0

Tarix: 17-10-2023 14:28     Baxış: 2 156

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki, dövlət başçısı onlarla söhbətləşib: 

Prezident İlham Əliyev: Salam-əleyküm.

Sakinlər: Xoş gəlmisiniz. Sizi görməyimizə çox şadıq.

Şəhid bacısı: Salam, xoş gəlmisiniz.

Kişi sakin: Təbrik edirik, cənab Prezident. Var olasınız. Allaha şükür ki, Füzulidə də görüşə bildik.

Prezident İlham Əliyev: Əlbəttə. Sağ olun.

Qadın sakin: Təşəkkür edirik, Sizi xoş gördük.

Prezident İlham Əliyev: Salam. Siz də xoş gəlmisiniz.

Sakinlər: Hər şey üçün minnətdarıq. Qürurumuzsunuz.

Kişi sakin: Salam, cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram.

Sakinlər: Çox sağ olun, cənab Prezident, təşəkkür edirik. Sağ olun.

Prezident İlham Əliyev: Arzu edirəm ki, Füzulidə - doğma Vətəndə rahat yaşayasınız, firavanlıq, rifah içində yaşayasınız.

(AzərTac)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar