Xəbər lenti
18-11-2024, 12:06
 

Ülfət Əmiraslanov: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” 0

Tarix: 17-10-2023 10:35     Baxış: 2 863


 Öndər Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına ünvanladığı müraciətində öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirərək demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu tarixi müraciətdən 14 gün sonra, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu məhz cənab İlham Əliyevə səs verdi.

“Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Çoxvektorlu siyasət yürüdən dövlət başçımız ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bu gün artıq birmənalı olaraq demək lazımdır ki, ölkə Prezidenti İlham Əliyev həm Ulu Öndərimizin, həm də Azərbaycan xalqının bütün ümidlərini tamamilə doğruldub. Prezident İlham Əliyevin sona çatdırdığı taleyüklü məsələlərdən danışarkən, ilk növbədə, 30 ilə yaxın müddət ərzində Azərbaycan xalqının ən ümdə arzusu olan ölkənin ərazi bütövlüyünün bərpa edilməsini qeyd etmək lazımdır. Prezident İlham Əliyev xalqın etimadını qazanaraq bu vəzifəyə seçildikdən dərhal sonra Azərbaycanda ordu quruculuğu istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsinə start verildi. Silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər az müddət sonra Qarabağ münaqişəsinin nikbin sonluğu ilə bağlı artıq heç bir şübhə yeri qoymamışdı. Digər tərəfdən, Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. “Möhtərəm dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə görülən işlər, həyata keçirilən əsaslı islahatlar möhtəşəm uğurların əldə olunmasını, müstəqilliyimizin daha da möhkəmlənməsini, Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin edib. Cənab Prezident İlham Əliyevin xalqın və dövlətin gələcəyinə dəqiq hesablanmış uğurlu strategiyası təkcə Azərbaycanın deyil, həm də bütün region ölkələrinin və qonşu dövlətlərin inkişafı üçün yeni, daha geniş perspektivlər açıb. İqtisadi gücünü dinamik şəkildə artıran Azərbaycan artıq sadəcə regional deyil, həm də dünya miqyasında önəmli siyasi-iqtisadi və hərbi güc mərkəzinə çevrilib. Bütün bu nailiyyətlər ölkəmizin 2003-cü ildən bu günə qədər əldə etdiyi möhtəşəm nailiyyətlərin yalnız bir hissəsi olmaqla, Azərbaycan xalqının 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində yeganə ən doğru seçim etdiyinin əyani sübutudur”.Xalqımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək, cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımıza yol açdı. Ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi bu əminliyi bir daha yada salaq: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”Dövlətimizin başçısı İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhmiyyətli uğurlar qazandırdı. Son 20 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıb. “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik” söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.”Cənab İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək, bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. 2003-cü ildən ötən 16 ildə regionların, eyni zamanda Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 3 Dövlət Proqramının icrası başa çatıb, dördüncünün icrasına başlanılıb. Hər bir sənəddə nəzərdə tutulan dövr ərzində görülən işlərin planı öz əksini tapır. Dövlət proqramlarının uğurlu icrasının nəticələri göz önündədir.Son 20 ildə bir milyon 900 mindən artıq yeni iş yeri yaradılıb. Bu onu göstərdi ki, məqsəd uğurlara nail olmaq üçün stimulverici amildir. 

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Demokratiyanın vacib amillərindən biri kimi ölkəmizdə çoxpartiyalı sistemin formalaşması istiqamətində atılan addımlar da göz önündədir. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, partiyaların dövlət büdcəsindən maliyyələşməsi və s kimi tədbirlər bu reallığı ortaya qoyur ki, Azərbaycan dövləti demokratik inkişafı strateji kursunun əsası kimi qəbul edir, dünya təcrübəsinə istinad edərək qəbul olunan qanunların təkmilləşdirilməsində, yaxud yenidən qəbulunda maraqlıdır.Güclü sosial siyasətlə tamamlanan iqtisadi islahatların zamanın tələblərinə uyğunlaşdırılması Azərbaycanı dünyaya sosial dövlət kimi təqdim edir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu əsas məqamı hər zaman önə çəkir ki, iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır. 2008-ci ildən dünyanı bürüyən və nəticələri bu günə kimi davam edən iqtisadi və maliyyə böhranı dövründə ölkəmizdə əmək haqlarının, pensiyaların artırılması sosial müdafiənin prioritetliyini bir daha nümayiş etdirdi. Ötən dövr ərzində bu istiqamətdə atılan mühüm addımlardan biri kimi, vətəndaşlara sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsini, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından bəhrələnmələrini qeyd edə bilərik. Qeyd edək ki, 2008-2015-ci illəri əhatə edən “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” icra olundu. Əvvəldə də qeyd etdiyimiz kimi, yoxsulluq həddi 5 faiz səviyyəsindədir. Təbii ki, bu kimi addımlar dövlətin insan amilinə verdiyi dəyərin təsdiqidir. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 2009-cu ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərdən diqqət çəkəni “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə oldu. Bu əlavəyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda layiqli həyat səviyyəsinin təmin edilməsidir.Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev əhalinin rifahının yüksəldilməsi məqsədilə iki sosial paketi təsdiq edib. Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanları əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının böyük dərəcədə artırılması barədə iyunun 18-də imzaladığı sərəncamlar dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını əyani şəkildə göstərdi. 

Ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Münaqişənin həllində möhkəm hüquqi baza mövcuddur. Ulu öndər Heydər Əliyevin siyasi kursunun son 16 ildə uğurla davam etdirilməsi nəticəsində əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq cənabİlham Əliyevin bu fikirlərini xatırlayaq: “Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır... Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir.”

Keçilən yola, əldə olunan nəticələrə söykənərək, qarşıdakı illərin prioritetlərini müəyyənləşdirən dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda davamlı inkişafa xidmət edən Strateji Yol xəritələri yeni hədəflərin gerçəkləşməsini şərtləndirir. Hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkə çevirmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır. Bunun üçün bütün əsaslar mövcuddur. Hesabatlarında uğurlarımızın geniş yer aldığı beynəlxalq maliyyə qurumları da Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyinin gerçək olduğunu təsdiqləyirlər. Dünya Bankının təmsilçiləri bildirirlər ki, Azərbaycanda 2020-ci ilədək ÜDM-nin iki dəfə artırılması böyük çağırışdır. Bunu etmək üçün ölkə kifayət qədər güclü potensiala malikdir və inanırıq ki, Azərbaycan bu yolda ciddi uğur qazanacaq.

İdarəetmə sistemində həyata keçirilən təkmil islahatlar da hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Vitse-prezidentlik institutunun yaradılması, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin davamlı inkişafına yönələn səylərin birləşdirilməsinin təsdiqidir. Cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərkən onun bütün istiqamətlərdə xidmətlərindən geniş bəhs edərək bu inamı ifadə etmişdir: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.” Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın qısa müddətdə gördüyü işlərin miqyası genişdir. Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsinə davamlı töhfələri göz önündədir.Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 20  il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur” fikirləri keçilən yolun və qarşıdakı illərin aydın mənzərəsini yaradır. Dövlətimizn başçısı İlham Əliyev daim bəyan edir ki, biz uğurlarımızla kifayətlənməməli, daim irəliyə baxmalıyıq: “ Mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər ayrı-ayrı sahələrdə malik olduğu imkanların, həmçinin təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.

Ülfət Əmiraslanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar