Xəbər lenti

Goranboyda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar - FOTO 0

Tarix: 16-10-2023 10:32     Baxış: 4 095

Goranboyda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Oktyabrın 10-da gecə saatlarında Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbə sakininə məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı şəxsin qeyri-qanuni yolla daxil olması, əllərindəki bıçaqla ev sahibi və onun həyat yoldaşını ölümlə hədələyib onlara müxtəlif bədən xəsarətləri yetirən və hadisə yerindən 2 000 manat, 5 380 ABŞ dolları və 5 adda müxtəlif qızıl-zinət əşyalar ələ keçirmələri barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy sakinləri, 1999-cu il təvəllüdlü Ümid Məmmədov və 1997-ci il təvəllüdlü Samir Hüseynov saxlanılıblar. Şübhəli şəxslər saxlanılan zaman cinayətdə istifadə olunan bir ədəd bıçaq və quldurluq yolu ilə ələ keçirilmiş pul və qızıl əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar