Xəbər lenti
14-09-2024, 21:36
 

YAP Goranboy rayon təşkilatının sədri Zeyvə ərazi partiya təşkilatında partiya üzvləri və partiya fəalları ilə görüş keçirdi - FOTO 0

Tarix: 14-10-2023 16:18     Baxış: 2 534


Rayon təşkilatının sədri Samir Qocayev görüşdə əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlətçilik prinsiplərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etməsini diqqətə çatdırmış, bu hərtərəfli inkişafda Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu vurğulayaraq, YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən vurğuladı. 

Respublikamızda bütün sahələrdə əldə olunan tərəqqi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır. Aparılan uğurlu xarici siyasət sayəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, eyni zamanda, Qarabağda uğurla başa çatdırılan lokal xarakterli antiterror tədbirləri cənab Prezident İlham Əliyevin mahir sərkərdəlik qabiliyyəti, rəşadətli Ordumuzun şücaəti sayəsində mümkün olmuşdur. Cənab İlham Əliyevin uzaqgörən və quruculuq siyasəti sayəsində Azərbaycan irəliləyiş və tərəqqi yolunda möhtəşəm nəticələr əldə edib, bununla da beynəlxalq arenada öz nüfuzunu yüksəldib.

Mubarizciler.az xəbər verir ik, Sonra partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məslələrlə bağlı müzakirələr aparılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar