Xəbər lenti
24-11-2024, 19:50
 
18-11-2024, 12:06
 

Goranboyda İcra Başçısı şəhid anasını evində ziyarət etdi - FOTO 0

Tarix: 14-10-2023 12:57     Baxış: 2 954


Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər  şəxsləri ilə birgə, Bağçakürd kəndindən Vətən Müharibəsi şəhidimiz Quliyev Aqşin Mehti oğlunun anası Tahirə Quliyevanı evində ziyarət etdi, şəhid anasının sosial qayğıları ilə maraqlandı.

Mubarizciler.az-ın məlumatına görə, görüşdə şəhidlərimizin əziz xatirəsi yad edilmiş, barələrində xoş təəsüratlar danışılmış, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünərinin hər birimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.

 Qeyd olunub ki, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Bu qəbildən olan ailələrin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğısının bariz nümunəsidir.

 Şəhid anası Tahirə Quliyeva onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıq və təşəkkürünü bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar