Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti Azərbaycan tarixinin qüdrətli, müstəqilliyinin güclü, dövlətçiliyinin möhtəşəm quruculuq mərhələsidir. 2003-cü il 15 oktyabr tarixində seçicilərin mütləq əksəriyyəti İlham Əliyevə səs verməklə Ulu Öndərin siyasi kursuna sadiqliyini nümayiş etdirmiş, ölkədə sabitliyin qorunmasına təminat yaratmışdır.
Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər birmənalı olaraq Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin bariz nümunəsidir. Bugünlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu.
Mubarizciler.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçilməyinin 20 illiyi ilə əlaqədar YAP Goranboy rayon təşkilatının təşkilatçılığı ilə ekoloji vəziyyətin stabilləşdirilməsi, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək məqsədi ilə Goranboy şəhəri Heydər Əliyev adına parkda və YAP Goranboy rayon təşkilatının inzibati binasının həyətində ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında şəhid ailələri və təşkilatın partiya fəalları iştirak ediblər.
Aksiya çərçivəsində 20 ədəd Zeytun və 10 ədəd Efkalipt ağacı əkilib.
Qeyd edək ki, aksiyada ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstərilib.