Xəbər lenti

İmişlidə ağacəkmə aksiyası keçirilib - FOTO 0

Tarix: 13-10-2023 19:04     Baxış: 2 478

  • Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm prezident cənab İlham Əliyevin prezidentlik dövrünün 20 illiyi ilə əlaqədar İmişli rayon Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilib. Mubarizciler.az xəbər verir ki, Aksiyada YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar, "Energetik-1" ərazi partiya təşkilatının sədri Saleh Səmədov, Vətən müharibəsi iştirakçıları və partiya fəalları iştirak edib.
  • Prezident İlham Əliyevin 20 illik fəaliyyəti Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyinin ən güclü, dövlətçiliyinin ən möhtəşəm quruculuq mərhələsidir. Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu.
  •  Aksiyanın məqsədi ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir. Ağacəkmə aksiyası çərçivəsində İmişli rayon Şəhidlər Xiyabanına 200-dən çox şam ağacları əkilib, əkilmiş ağaclara qulluq göstərilib, təmizlik-abadlıq işləri aparılıb.


Babək Hüseynov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar