Xəbər lenti
14-09-2024, 21:36
 

YAP Goranboy rayon təşkilatının sədri Şəfəq ərazi partiya təşkilatında partiya üzvləri və partiya fəalları ilə görüş keçirdi - FOTO 0

Tarix: 13-10-2023 16:46     Baxış: 2 611


Görüşdə çıxış edən  YAP Goranboy  rayon təşkilatının sədri Samir Qocayev Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışdı və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət, Partiyanın VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə ətraflı məlumat verdi. Partiyanın yeni qəbul edilən Nizamnaməsi və rayon təşkilatlarının əsasnamələri barədə danışdı. Bildirdi ki, dövlət başçısı, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə davamlı və məqsədyönlü islahatlar həyata keçirilir. Bu islahatların nəticəsində dövlətimizin qüdrəti daha da möhkəmlənir, xalqımızın rifah halı daha da yüksəlir və xalqımızın daim dövlət başçısının ətrafında sıx birləşir. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Qeyd edilib ki, məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.Tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun sayəsində mümkün oldu. 

Mubarizciler.az xəbər verir ki, Görüşdə iştirak edən partiya fəalları çıxış edərək ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edərək bildirdilər ki, Azərbaycanı qorumaq, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olması üçün hər bir vətəndaş əlindən gələni əsirgəməməlidir.

Daha sonra görüşdə partiya üzvüləri və fəaları ilə bir sıra cari məsələlər də müzakirə olundu. Rayon təşkilatının bugünkü və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verərək, ərazi partiya təşkilatının daha da uğurlu və keyfiyyətli fəaliyyət göstərməsi, partiya üzvləri ilə əlaqələrin bundan sonra da səmərəli qurulması üçün müvafiq tapşırıq və tövsiyyələrini diqqətə çatdırdı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar