Xəbər lenti
14-09-2024, 21:36
 

“Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı keçiriləcək 0

Tarix: 13-10-2023 11:16     Baxış: 2 751


Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində növbəti ümumrespublika bilik yarışı keçiriləcək.

“Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və bu il 100 illiyi qeyd edilən ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.

İştirakçılar “Heydər Əliyevin uşaqlıq və gənclik illəri”, “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü” və digər mövzularda biliklərini sınayacaqlar.

Qeyd edək ki, komandalar yarışa hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyində saxlanılan arxiv materiallarla tanış olub.

Yarışda hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət komanda təmsil edəcək. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, I, II və III yerləri tutan komandalar mükafatlandırılacaq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar