Milli Məclisdə Prezident İlham Əliyevin ali mükafatla təltif olunması təklif edilib 0
Milli Məclisdə Prezident İlham Əliyevin ali mükafatla təltif olunması təklif edilib.
“Report”un xəbərinə görə, bu təkliflə deputat Ceyhun Məmmədov parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxış edib.
Deputat xatırladıb ki, ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın işğaldan azad olunması idi:
“2020-ci ildə Qarabağın fatehi, Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyəti nəticəsində ulu öndərin bu arzusu da həyata keçdi, torpaqlarımız işğaldan azad olundu, Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrildi.
Məhz İlham Əliyevin yaratdığı yeni reallıq nəticəsində bu gün Azərbaycan xalqı gələcəyə nikbin baxa bilir, dünyada ölkəmizə diqqət, inam və etimad daha da artıb”.
Onun sözlərinə görə, bu gün işğaldan azad olunmuş ərazilər məhz onun bilavasitə diqqət və qayğısı, birbaşa nəzarəti ilə yenidən qurulur və bərpa olunur:
“Yeni bina, məktəb, bağça, xəstəxana və məscidlər inşa olunur, təhsilimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması üçün çox ciddi addımlar atılır. Heç şübhəsiz ki, qarşıda bizi hələ daha böyük işlər və qələbələr bizi gözləyir. Bu gün əsas hədəflərdən biri Zəngəzur dəhlizinin ən qısa vaxtda açılmasıdır. Biz əminik ki, İlham Əliyevin rəhbərliyi, qətiyyətli siyasəti nəticəsində Zəngəzur dəhlizinin açılacağı gün heç də uzaqda deyil. Bu gün atılan müdrik və uzaqgörən addımların bir hissəsi ona hesablanıb”.
C.Məmmədov çıxışının sonunda şəhid ailələrinin bir israrlı arzu və təklifini diqqətə çatdırıb:
“Onların arzusu xüsusi bir adın, ali mükafatın təsis olunması və Prezident İlham Əliyevin təltif edilməsidir”.
Xəbəri paylaş