İcra başçısı 𝐚𝐧𝐭𝐢𝐭𝐞𝐫𝐫𝐨𝐫 ə𝐦ə𝐥𝐢𝐲𝐲𝐚𝐭ı 𝐳𝐚𝐦𝐚𝐧ı 𝐲𝐚𝐫𝐚𝐥𝐚𝐧𝐚𝐧 𝐡ə𝐫𝐛𝐢çilə𝐫𝐢 𝐳𝐢𝐲𝐚𝐫ə𝐭 𝐞𝐝𝐢𝐛 - FOTO 0
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı yaralanan Azərbaycan ordusunun əsgəri, Təzəkənd kənd sakinləri Veyisov Pərviz Rəsul oğlu və Əliyev Amil Qamət oğlunu evində ziyarət edib.
Mubarizciler.az-ın məlumatına görə, İcra başçısı hərbçilərimizin müalicəsi, gündəlik qayğı və problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Yaralı hərbçilərimizin ailələri ilə söhbətdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan Şanlı Qələbədən, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb.
Rəşad Tağıyev bildirib ki, bu il sentyabrın 19-dan Azərbaycanın başlatdığı antiterror tədbirləri zamanı 24 saat ərzində düşmənə elə zərbə endirildi ki, onlar həmin zərbədən özünə gələ bilmədi. “Dəmir yumruq” növbəti dəfə düşmənə gücünü göstərdi. Əməliyyatlarda tam üstünlük əldə edən Ordumuz ermənilərə endirdiyi sarsıdıcı zərbələrlə onları bir sutka ərzində təslim olmağa vadar etdi.
Vətən savaşında olduğu kimi lokal antiterror tədbirlərinin keçirilməsi ilə Azərbaycan ikinci dəfə dünya hərb tarixinə öz adını yazdırdı. Bu, Qələbə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun və xalqımızın birliyinin rəmzidir.
İcra başçısı Təzəkənd kəndində Birinci və İkinci Qarabağ müharibəsi şəhid ailələri, Vətən müharibəsi qaziləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb.
Görüşlərdə bildirilib ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Xəbəri paylaş