YAP Goranboy rayon Təşkilatının sədri Ərazi Partiya Təşkilatları ilə görüşüb - FOTO 0
Görüşdə çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev Müstəqil Azərbaycanın uğurlarından, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan geniş bəhs etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bir-birindən əhəmiyyətli uğurlara imza atır, ən yüksək zirvələri fəth edir.
Mubarizciler.az-ın məlumatına görə, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev ərazi partiya təşkilatların cari məsələlər, yeni üzvlərin qəbulu, uçot işləri, partiya üzvlərinin fəallığının artırılması, üzvlük haqqı , ideoloji işlərdə fəal iştirak etmək və s. istiqamətində işlərin bundan sonra da uğurla və səmərəli şəkildə davam etdirilməsini tövsiyə edib. Görüşdə çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Şaiq Qənbərli YAP Goranboy rayon təşkilatının rayonun ictimai-siyasi işlərində əvəzsiz rolundan danışıb. Sona ərazi partiya təşkilatları sədrlərinin təklifləri dinlənilib. Müzakirə formasında davam etdirilən görüşün yekununda YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev Ərazi Partiya Təşkilat sədrlərinə öz müvafiq tövsiyyə və tapşırıqlarını verib.
Xəbəri paylaş