Xəbər lenti

İmişli rayon Otuziki kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib - FOTO 0

Tarix: 10-10-2023 21:22     Baxış: 2 555

 Əhalini narahat edən problemlərin birbaşa həlli məqsədilə İmişli rayonunun qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu müntəzəm olaraq davam etdirilir. Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüş rayonun Otuziki, Muradalılı və Nurulu kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.

Mubarizciler.az-ın məlumatına görə,  Qəbul başlamamışdan əvvəl Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı şəhid olan qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

 Giriş nitqi ilə çıxış edən icra başçısı yerlərdə keçirilən səyyar görüşlərin məqsədinin vətəndaşların qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin həllinə nail olunması ilə əlaqədar olduğunu bildirib. Sonra vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.

Babək Hüseynov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar