YAP Goranboy rayon təşkilatı tərəfindən şəhid və qazi ailələri ziyarət edilib - FOTO 0
YAP Goranboy rayon təşkilatı tərəfindən 2023-cü il sentyabrın 19-da həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbiçilərin ailələri və əməliyyat zamanı qazi olan hərbiçilərimiz ziyarət edilib.
Mubarizciler.az xəbər verir ki, YAP Goranboy rayon təşkilatı və Goranboy rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən Şəhid ailələri və Qazilərimizin ziyarətləri davam etdirilir. Növbəti görüş Borsunlu,Nadirkənd, Sarovlu, Nizami, Qaramusalı kəndlərində olub.
Görüş zamanı şəhid ailələrinin və qazilərimizin qayğıları ilə yaxından tanış olunub. Daha sonra ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət dəstəyindən, diqqət və qayğısından söhbət açılıb.
Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır.
YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev qazilərlə görüş zamanı qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. YAP Goranboy rayon təşkilatının sədrı Samir Qocayev ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizlə, Goranboyun qəhrəman oğulları ilə bu gün hər kəsin fəxr etdiyini vurğulayıb. Əldə etdiyimiz tarixi Zəfərlərə, Qələbələrə görə Müzəffər Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib.
Xəbəri paylaş