İmişlidə “Şəhid bulağı” istifadəyə verilib - FOTO 0
İmişlidə “Şəhid bulağı” istifadəyə verilib.
Mubarizciler.az xəbər verir ki, Saleh Səmədovun təşəbbüsü ilə yeni inşa olunan bulaq kompleksində Vətən müharibəsində şəhidlik məqamına ucalan İmişli rayon Bəhrəmtəpə kənd sakini Mayor Nazim Yaqub oğlu Hüseynovun xatirəsi əbədiləşdirilib.
Xüsusi memarlıq formasında inşa edilən “Şəhid bulağı”nın ətrafı abadlaşdırılıb, Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır.
“Şəhid bulağı”nın açılış mərasimində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar, kənd sakinləri və məktəblilər ştirak edib.
Aran Regional Elektrik Şəbəkəsinin rəis müavini, “Energetik-1” ərazi partiya təşkilatının sədri, YAP İmişli rayon təşkilatının fəal üzvü, Saleh Mehralı oğlu Səmədov öz çıxışında Vətən müharibəsində Azərbaycanın mərd oğullarının qəhrəmanlıqlarından və əldə olunan tarixi qələbədən söz açıb.
Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən söhbət açılıb. Həmçinin qeyd edilib ki, şanlı zəfər tarixini yazan vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Şəhid ailələri və qazilər Göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Xəbəri paylaş