İmişlidə şəhid mayor Nazim Hüseynovun, Eldəniz Hüseynovun və Tacəddin Abışovun xatirələri anılıb - FOTO 0
Bu gün İkinci Qarabağ müharibəsində öz igidlikləri ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən olan mayor Hüseynov Nazim Yaqub oğlunun, İmişli şəhərindən olan Hüseynov Eldəniz Tahir oğlunun və Abışov Tacəddin Elşən oğlunun şəhidlik zirvəsinə yüksəlmələrindən 3 il ötür.
Mubarizciler.az-ın məlumatına görə, 3-cü ildönümü mərasimlərində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, təşkilatlarının rəhbərləri iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunulub. Səmimi söhbət zamanı icra başçısı illər ötsə belə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədə payı olan şəhidlərimizin heç vaxt unudulmayacağı, gələcək nəsillərə örnək olacağı, böyüməkdə olan gəncliyin şəhidlərimizin döyüş yolundan, qəhrəmanlığından nümunə götürəcəyini qeyd edib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Nazim, Eldəniz, Tacəddin və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuz vurğulanılıb. İcra başçısı bir daha şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib.
Xəbəri paylaş