Xəbər lenti

Sovet İttifaqı Qəhrəmanı Məmməd Məhərrəmovun doğum günüdür 0

Tarix: 09-10-2023 10:34     Baxış: 1 988

Məhərrəmov Məmməd Əli oğlu Qasım İsmayılov rayonunun (indi Goranboy) Qarasuçu kəndində dünyaya göz açmış və 1939-cu ildə hərbi xidmətə çağırılmışdır. Cəbhədə döyüşlərə 1941-ci ildə 52-ci ordunun 254-cü atıcı diviziyasında bölmə komandiri vəzifəsində başlamışdır. Baş serjant M.Məhərrəmovun dəstəsi 1943-cü ilin 2 oktyabr gecəsi Kreşşatnik adlı yerdə Dnepr çayını birinci olaraq keçmiş və 15 gün müddətində düşmənin arxasında onun silah ambarını partlatmış, zəbt etdiyi kənddə düşmənin bir tankını və onlarla əsgərini məhv edərək, arxadan gələn hərbi hissələrin hucumunun genişlənməsini təmin etmişdir.

Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 22 fevralında verilmişdir.

Leytenant M.Məhərrəmov 1945-ci ildə hərbi xidmətdən tərxis edilmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar