Xəbər lenti
2-09-2026, 15:00
 

Bu gün şəhid Müşfiq Abbasovun anım günüdür - FOTO 0

Tarix: 07-10-2023 14:48     Baxış: 3 661

Bu gün 44 günlük Vətən müharibəsində iki oğlu ilə birlikdə könüllü olaraq döyüşlərə qatılan və şəhid olan Müşfiq Abbasovun anım günüdür.

Mubarizciler.az xatırladır ki, M. Abbasov Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ağdamın Abdal-Gülablı kəndində doğulan şəhidimiz Quzanlı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə M. Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Birinci Qarabağ savaşında yaralanan M. Abbasovu 44 günlük Vətən müharibəsinədə təkcə Ağdam əhalisi yaxşı tanıyırdısa, ikinci Qarabağ müharibəsində onu bütün Azərbaycan tanıdı. Onun iki oğlu – Şamil və İntiqamla birgə çəkdirdiyi şəkil muharibənin ilk günündən sosial şəbəkələrdə məşhurlaşmışdı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar