Göygöldə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətiylə ümumrayon tədbiri keçirilib - FOTO 0
Göygöl Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional təhsil idarəsinin Göygöl rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Mubarizviler.az xəbər verir ki, Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Gəncə-Daşkəsən Regional təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, rayonun ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin rəhbər və müəllimləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik ediblər.
Sonda təhsildə fərqlənən bir qrup təhsil işçisi təltif edilib.
Xəbəri paylaş